Türkiyə İstiqlal hərəkatına Azərbaycan da yardım etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti bu hərəkata maliyyə və neft
məhsulları ilə kömək etmişdir. 1920-ci ildə Cümhuriyyətin
süqutundan sonra xeyli azərbaycanlı Türkiyəyə keçərək İstiqlal
hərəkatına qoşulmuşdu. Sovetin Azərbaycanı işğal etməsindən sonra
Qarabağda olan Azərbaycan Milli Ordu hissələrinin bir qismi
Zəngəzurda ermənilərlə savaşaraq Naxçıvana keçmiş, oradan da 1200
nəfərlik bir hərbi birlik Türkiyə ərazilərinə daxil olmuşdur. Bu
hərbi dəstə Qarsı azad etmə əməliyyatında iştirak edərək Milli
istiqlal hərəkatında türk ordusu ilə çiyin-çiyinə vuruşmuşdur.
Onların içərisində hətta general rütbəsinə yüksələn də oldu. Sovet
rejimi qurulduqdan sonra da Azərbaycan Türkiyə İstiqlal hərəkatına
maddi yardım etmişdir.