böyük təsiri oldu. 1917-ci ildə Fevral inqilabı monarxiyanın
devrilməsi ilə nəticələndi. Romanovlar sülaləsi hakimiyyətdən
salındı. Ancaq ölkədə ikihakimiyyətlilik yarandı.
Bu hakimiyyətlərdən biri 1917-ci ilin martında yaranmış müvəqqəti
hökumət, digəri isə Fəhlə və Əsgər Deputatları Soveti idi.
Müvəqqəti hökumətin sosial bazasını burjuaziya və mülkədarlar,
sovetlərin dayağını isə fəhlə və kəndlilər təşkil edirdi.
İki tərəf arasında baş verən çəkişmələr rus qoşunlarının baş
komandanı general Kornilovun 1917-ci ilin avqustunda Müvəqqəti
hökumətə qarşı yönələn qiyamına səbəb oldu. Kornilov qiyamının
məqsədi dövlət çevrilişi etmək və Rusiyada hərbi diktatura qurmaq
idi. Ancaq xalq kütlələrinin köməyi ilə qiyam yatırıldı. 1917-ci
il sentyabrın 1-də Rusiya respublika elan olundu.
Müvəqqəti hökumətin yarıtmaz daxili və xarici siyasəti
bolşeviklərin fəaliyyətinin genişlənməsinə səbəb oldu. Onlar
kəndlilərə pulsuz torpaqların paylanması və Rusiyanın müharibədən
çıxarılması vədləri ilə geniş xalq kütlələrini öz tərəflərinə çəkə
bildilər. Bolşeviklər 1917-ci ilin oktyabrında dövlət çevrilişi
edərək hakimiyyəti ələ keçirdilər. V.Lenin Rusiya Xalq
Komissarları Sovetinin sədri təyin edildi.
Bolşeviklər əhalini öz tərəfinə çəkmək üçün hansı vədləri
verirdilər?
Oktyabr çevrilişindən sonra Rusiyada keçmiş imtiyazlar ləğv
olundu, bütün vətəndaşların hüquq bərabərliyi təmin olundu.
Bolşeviklər Rusiyada sovet hakimiyyətini qoruyub saxlamaq üçün
Almaniya ilə 1918-ci il martın 3-də Brest-Litovsk sülhünü
bağladılar. Beləliklə, Rusiya Birinci dünya müharibəsini tərk
etdi.
Birinci dünya müharibəsinin Rusiya üçün nəticələrini müəyyən
edin.
1918-ci ilin mayında Rusiyada vətəndaş müharibəsi başlandı.
Müharibənin baş verməsinin səbəblərindən biri mülkədarların öz
hakimiyyət və mülkiyyətlərindən imtina etməməsi ilə əlaqədar idi.
Xarici dövlətlərin ağqvardiyaçılara