Lakin ABŞ-nin bu müharibələrdə bitərəf qaldığını elan etməsi və
İngiltərə ilə ticarət əlaqələrini bərpa etmək üçün atdığı addımlar
Fransanın kəskin narazılığına səbəb oldu.
Napoleon Bonapart Fransada hakimiyyətə gəldikdən sonra əsas
diqqətini Avropaya yönəltdiyi üçün ABŞ ilə münasibətləri qaydaya
saldı. Ancaq Fransanın İspaniyadan Luiziananı alması ilə yenidən
ABŞ-Fransa münasibətləri gərginləşdi. Çünki ABŞ zəif bir
İspaniyanın yerinə güclü Fransa mülki ilə sərhədinin olmasını
arzulamırdı. Napoleon Avropada apardığı müharibələrdə böyük
vəsaitə ehtiyac duyduğu üçün Luiziananı ABŞ-yə satdı. Bununla da
pozulmuş Fransa-ABŞ münasibətləri qaydaya salındı.
Prezident seçkilərində qalib gələn Tomas Cefferson (1801-1809)
rəqiblərini və bütün siyasi qüvvələri əməkdaşlığa çağırdı.
Prezident nazirləri təyin edərkən bacarıqları ilə yanaşı, onların
regional mənsubluğuna da diqqət yetirirdi.
Tomas Cefferson
Bununla da o, ştatlar arasındakı birliyi gücləndirməyə
çalışırdı.
Luiziananın dinc yolla ABŞ-yə birləşdirilməsi T.Ceffersonun
nüfuzunu xeyli artırdı. Bundan istifadə edən prezident bir sıra
əhəmiyyətli tədbirlər görməklə dövləti gücləndirdi. Seçki senzi
ləğv olundu, vətəndaşların sosial vəziyyəti ilə bağlı mütərəqqi
addımlar atıldı, qərbə doğru məskunlaşmağa icazə verildi.
Köləliyin ləğv olunması yolunda təşəbbüs cənub ştatlarının
etirazları ucbatından öz bəhrəsini verməsə də, ölkəyə yeni kölə
axınlarının qarşısı alındı.
Tomas Cefferson hökumətinin köləliyi ləğv etməsinə cənub
ştatlarının etirazının səbəblərini izah edin.
Napoleonun apardığı müharibələr ABŞ-nin ticarət donanmasının
Avropa limanlarında hərəkət etməsinə mane olurdu. Bundan istifadə
edən İngiltərənin hərbi donanması ABŞ