1933-cü ildən nasist partiyasından başqa, bütün siyasi partiyalar
ləğv edildi. Həmkarlar ittifaqlarının fəaliyyətləri
məhdudlaşdırıldı. Federal dövlət tərkibinə daxil olan alman
torpaqlarının muxtariyyəti ləğv olundu. Faşist xüsusi dəstələri və
gizli polis - gestapo* yaradıldı.
gizli dövlət polisidir. 1933-1945-ci illərdə Almaniyada məxfi
dövlət siyasi polisidir.
1934-cü ildə Hindenburqun ölümündən sonra Hitler prezident və
reyxskansler vəzifələrini birləşdirərək özünü alman millətinin
“fürer”i* adlandırmaqla bütün hakimiyyəti əlində
cəmləşdirdi.
almanca “führer” sözündən olub, “rəhbər”, “lider”, “öndər”
deməkdir. 1933-1945-ci illərdə Almaniyada dövlət başçısı və
nasional-sosialist fəhlə partiyası rəhbərinin rəsmi tituludur.
Nasistlər hakimiyyətə gəldikdən sonra yəhudilərin bütün
müəssisələri boykot edilməyə başlandı. Onlar alman
vətəndaşlığından çıxarıldı, dövlət aparatında vəzifə tutmaları
qanunla