məğlub dövlətlərdən alınmalı olan təzminatların ödənilməməsi də
Fransanın maliyyə vəziyyətini daha da ağırlaşdırdı.
Ölkəni bu ağır iqtisadi böhrandan qurtarmaq istəyən hökumət
müttəfiqlərinin razılığını almadan Belçika qoşunları ilə bərabər
1923-cü ildə Almaniyanın Rur sənaye bölgəsinə hərbi müdaxilə etdi.
Müttəfiq dövlətlərin kəskin narazılığına səbəb olan Rur böhranında
Fransanın geri addım atması hakimiyyətin onsuz da zəif olan
dayaqlarını sarsıtdı.
Rur böhranının səbəb və nəticələrini təhlil edin.
1920-ci illərin ikinci yarısında ölkə iqtisadiyyatı xeyli inkişaf
etdi. Lakin 1929-1933-cü illərin böyük böhranı Fransadan da
təsirsiz ötüşmədi.
Avropanı bürüyən faşist təşkilatlarının fəaliyyəti 30-cu illərdə
Fransada güclənməyə başladı. Ancaq onların 1934-cü ildə təşkil
etdikləri qiyam uğursuzluqla başa çatdı.
Faşizm təhlükəsinə qarşı əzəli rəqiblər - sosialist, kommunist və
radikalların 1935-ci ildə qurduqları Xalq cəbhəsi* bloku
növbəti il parlament seçkilərində qalib gəldi. Xalq cəbhəsi