sənaye müəssisələri artdı. Müharibə ölkənin maliyyə vəziyyətini də
iflic etmişdi. Dövlətin xarici borcları digər Avropa ölkələrinə
nisbətdə daha çox idi. İngiltərə milli sərvətinin xeyli hissəsini
itirmişdi. Buna görə də dünyanın maliyyə mərkəzi Londondan
Nyu-Yorka keçdi.
Liberallar hökumətinin xarici siyasətinin istiqamətlərindən biri
müstəmləkələrlə münasibətlər idi.
Lloyd Corc müstəmləkələrlə münasibətdə imperiya
siyasətindən imtina etməyə tərəfdar olsa da, mühafizəkarlar bu
addımları Böyük Britaniyanın nüfuzuna zərbə kimi
qiymətləndirdilər. Mühafizəkarların əks təbliğatına çevrilən bu
məsələdə liberallar qətiyyət göstərməkdən çəkindilər.
Hökumətin xarici siyasətində əsas yerlərdən biri də türk
torpaqlarına sahib olmaq idi. Ancaq Türkiyəyə qarşı yeridilən bu
siyasət başlamış azadlıq hərəkatı ilə iflasa uğradı. Bu
uğursuzluğa görə L.Corc hökuməti parlamentdə müxalifətlə yanaşı,
öz partiyasının da qəti tənqidləri ilə üzləşdi.
Ramsey Makdonald
1922-ci ildə Liberalların koalisiyalı hökuməti L. Corcun istefa
verməsi ilə başa çatdı. Yeni seçkilərdə mühafizəkarlar qalib
gəlsə də, verdikləri vədləri yerinə yetirə bilmədilər. 1924-cü
ildə Ramsey Makdonaldın başçılığı ilə ilk leyborist
hökuməti təşkil olundu. Leyboristlərin sosial sahədə elan etdiyi
bir çox vədləri həyata keçirmək mümkün olmadı. Hökumət böhranı
yarandı. R.Makdonald istefaya getdi.
Böyük Britaniyada tez-tez hökumət böhranlarının baş verməsinin
səbəblərini araşdırın.
Yeni təşkil olunan mühafizəkar hökuməti milli istehsalı artırmaq
üçün gəlir vergisini azaltdı.