ABŞ-nin məqsədi öz mövqeyini burada möhkəmləndirməklə Hitler
Almaniyası, İtaliya və Yaponiyanın təsirinin qarşısını almaq idi.
Ruzvelt Sovet İttifaqı ilə diplomatik əlaqələr qurmağa başladı. O,
iki dövlət arasında münasibətlərin normallaşmasının Uzaq Şərqdə
ABŞ-nin mövqeyinin güclənməsinə təsir edəcəyini düşünürdü.
Beləliklə, 1933-cü ildə SSRİ ilə ABŞ arasında diplomatik
münasibətlər yarandı, SSRİ dövləti tanındı.