xüsusi biznes inkişaf etdi. Çiçəklənmə illərində istehsala yeni
texnologiya və konveyer* sistemi tətbiq edildi. Əhalinin
həyat səviyyəsi yaxşılaşdı. Bütün bunlar ölkəyə mühacir axınını
son dərəcə artırdı. Artıq ABŞ-nin əsas probleminə çevrilən bu
məsələni həll etmək üçün yeni mühacirət qanunu qəbul edildi.
Qanuna görə Şərqi Asiyadan mühacirət axını qadağan edildi, digər
ölkələrdən mühacirət edənlərə isə məhdudiyyət qoyuldu.
istehsalın konveyer qaydası istehsal prosesinin
iş yerlərində ardıcıl yerləşdirilmiş xüsusi
avadanlıqlarla həyata keçirilməsini, prosesin
ayrı-ayrı və nisbətən qısa müddətli əməliyyatlara
bölünməsini nəzərdə tuturdu.
Xarici ölkələrdən, xüsusilə Asiya ölkələrindən ABŞ-yə mühacir
axınının səbəblərini araşdırın.
Kulic hökumətinin xarici siyasəti xammal və satış bazarlarına
yiyələnməyə doğru yönəldilmişdi. Avropa ölkələri ilə qarşılıqlı
münasibətlər inkişaf etdirildi. Almaniyanın təzminat məsələsində
dəstəklənməsi siyasəti yeridilməsinə nail olundu. ABŞ Latın
Amerikası ölkələrinə yardımlar edərək bu regionda iqtisadi, siyasi
və hərbi cəhətdən xeyli möhkəmləndi. Həmçinin ABŞ-nin Filippin və
Havay adalarında hərbi-strateji mövqeləri möhkəmləndi. Beləliklə,
Kulicin hakimiyyəti illərində ABŞ-nin beynəlxalq nüfuzu xeyli
artdı.
1928-ci ildə prezident seçilən Herbert Huverin iqtisadi
siyasətinin əsasını inzibati orqanların yeniləşdirilməsi və ölkə
iqtisadiyyatının inkişaf etdirilməsi təşkil edirdi. Huver hökuməti
daxili siyasətdə yoxsulluğu aradan qaldırmaq üçün plan işləyib
hazırladı. Lakin “Böyük böhran”ın başlaması bu planın həyata
keçirilməsinə mane oldu. Atılan uğursuz addımlar
Franklin Delano Ruzveltin (1933-1945) prezident seçilməsinə
səbəb oldu.
Ölkədə vəziyyət son dərəcə ağır idi. Sənaye müəssisələrinin işini
bərpa etmək və işsizlik problemini aradan qaldırmaq Ruzvelt
hökumətinin qarşısında duran ən vacib