HENRİ KİSSİNCER
“Diplomatiya”
Müharibəni nəticələndirən sülh Avropanın ən güclü iki dövlətini
əhatə etmirdi: Almaniya və Rusiyanı. Bu ölkələr Avropanın
əhalisinin yarıdan çoxunu və ən böyük hərbi potensialını təşkil
edirdi. Yalnız bu həqiqət belə Versal sistemini uğursuzluğa
məhkum edə bilərdi.
Versal müqaviləsinin uğursuzluğunda hansı amil əsas hesab
edilir? Bu hansı səbəblərlə əsaslandırılır?
VAŞİNQTON KONFRANSI
Avropa, Afrika və Yaxın Şərqdə məsələlər həll edildikdən sonra
Uzaq Şərq və Sakit okean zonasında münasibətləri tənzimləmək üçün
1921–1922-ci illərdə Vaşinqtonda konfrans keçirildi.
Konfransın nəticələrindən biri ABŞ, İngiltərə, Fransa və Yaponiya
arasında Dörd dövlət müqaviləsinin imzalanması oldu.
Müqavilə tərəflərin Sakit okean bölgəsindəki mülklərinin
tanınmasını nəzərdə tuturdu. Konfransda Çinə aid münasibətləri
tənzimləyən müqaviləyə görə Çinin müstəqilliyi, ərazi bütövlüyü
tanındı. Bu ölkədə sənaye və ticarət sahələrində bərabər imkanlar
prinsipi tətbiq edilirdi. Əslində, bu, ABŞ-nin “Açıq qapılar”
siyasətinin həyata keçirilməsi demək idi. Konfransda imzalanan
üçüncü müqavilə isə dəniz silahlarının məhdudlaşdırılması haqqında
oldu. Müqavilənin mühüm nəticələrindən biri Yaponiyanın Sakit