Paris konfransında dövlətlərarası münasibətlərin yenidən
qurulmasında millət amili əsas rol oynadı. Bu münasibətlər artıq
güc tarazlığı ilə deyil,
millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə
tənzimlənirdi. Bu hər bir xalqın müstəqil dövlət yaratma hüququnun
tanınması demək idi. Lakin bəzən coğrafi, tarixi, mədəni və
iqtisadi amillər bu prinsipin həyata keçirilməsi ilə ziddiyyət
yaradırdı.
Paris konfransında Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını
millətlərin öz müqəddəratını təyinetmə prinsipi ilə
əlaqələndirərək dəyərləndirin.
Paris konfransında dövlətlərarası münasibətlər hansı prinsip
əsasında tənzimlənirdi?
Konfransın nəticəsində xüsusilə Avropada və Yaxın Şərqdə sərhədlər
dəyişdi. Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Rusiya
imperiyaları dağıldı. Avstriya-Macarıstan imperiyasının
parçalanması nəticəsində onun ərazisində yeni dövlətlər:
Avstriya, Macarıstan, Çexoslovakiya və Serb-Xorvat-Sloven
krallığı
(sonralar Yuqoslaviya) yaradıldı. Vaxtilə Rusiya və digər
dövlətlər tərəfindən bölüşdürülən müstəqil Polşa dövləti
bərpa edildi. Xalqların müqəddəratını təyinetmə hüququ tanınarkən
yeni milli azlıqlar problemi yarandı. Beləliklə, milli
azlıq məsələsi və millətçilik müharibədən sonra da sülh üçün
təhlükə olaraq qaldı. Konfransın mühüm nəticələrindən biri
dövlətlərarası münasibətləri nizamlamaq üçün
Millətlər Cəmiyyətinin yaradılması oldu. Lakin məğlub
dövlətlər və Sovet Rusiyası bu təşkilata üzv qəbul edilmədi.
ZİDDİYYƏTLƏR VƏ “CƏZALANDIRICI SÜLH”
Paris konfransı qalib dövlətlər arasında ziddiyyətlərin olduğunu
göstərdi. Məğlub olanlar da, qalib gələnlər də sülh
müqavilələrindən narazı idi. Yaxın Şərqin bölüşdürülməsi və digər
məsələlərdə İngiltərə ilə Fransa arasında narazılıq yarandı.
Fransa öz təhlükəsizliyi üçün önəmli hesab etdiyi nəticəyə nail
olmadı. İtaliya müharibə dövründə gizli müqavilə ilə ona vəd
edilmiş əraziləri ala bilmədiyindən narazı qalmışdı. Avropada
qüvvələr tarazlığını saxlamaq istəyən ABŞ Almaniyanın tamamilə
zəiflədilməsini istəmirdi. Ona görə də İngiltərə və