DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
arasında konfransda meydana çıxan fikir ayrılıqları vəziyyəti
çətinləşdirdi.
Maraqlıdır
İngiltərənin Baş naziri Lloyd Corc Almaniya və Antanta
arasında atəşkəs haqqında müqaviləni belə dəyərləndirmişdir:
“Ümid edirəm ki, bu tarixi gündə bütün müharibələri başa
çatdırdıq”.
VİLSONUN “14 MADDƏ” PRİNSİPİ
“Tarix”. İstanbul, 2002
1.
Bir daha gizli müqavilələrin imzalanmasına icazə verilməməsi,
sülh müqavilələrinin açıqlıq prinsipinə uyğun olaraq
hazırlanması; [...]
2.
Ərazi suları istisna olmaqla, sülh dövründə olduğu kimi,
müharibə dövründə də dənizlərdə sərbəstlik olması;
3.
Bütün iqtisadi məhdudiyyətlərin mümkün qədər aradan
qaldırılması və sülhü dəstəkləyən ölkələrə bərabər ticarət
şəraitinin yaradılması [...];
4.
[...] Bütün ölkələrin silah və sursatlarının azaldılması
[...];
5.
Müstəmləkələrlə bağlı bütün tələblərin, [...] əlaqədar
xalqların mənafeyinə uyğun və dövlətlərin tələblərinin
ədalətli həll edilməsi;
6.
Rus torpaqlarının tamamilə xarici qüvvələrdən azad edilməsi və
Rusiya ilə bağlı problemlərin [...] tam müstəqil olaraq öz
siyasi inkişafına uyğun həll edilməsi [...];
12.
[...] Türk hakimiyyəti altında yaşayan xalqlara varlıqlarını
davam etdirmə təminatının verilməsi [...];
Boğazların bütün ölkələrin gəmilərinə açıq və sərbəst olması
[...];
14.
Böyük dövlətlərə olduğu qədər kiçik dövlətlərə də siyasi
müstəqillik və torpaq bütünlüyü təminatı vermək məqsədilə
[...] bir millətlər birliyi təşkil edilməlidir.
“Vilson və Millətlər Cəmiyyəti” “Punch” (Panç) jurnalı,
1919-cu il, İngiltərə
Vilson: “Bu da zeytun budağı. İndi də iş başına!” Göyərçin: “Hər kəsi məmnun etmək istəyirəm, amma bu,
çətindir”.
Karikaturun əsas ideyası nədir?
Sülh müqavilələrinin şərtləri hazırlandıqdan sonra məğlub
dövlətlərə ultimatum şəklində təqdim edildi. Konfransda ilk olaraq
Almaniya ilə Versal sülh müqaviləsi imzalandı. Müqavilənin
ilk hissəsini sərhədlər məsələsi təşkil edirdi. Almaniya
Elzas və Lotaringiyanı Fransaya qaytarmalı idi.
Saar vilayətinin idarəçiliyi Millətlər Cəmiyyətinə verilsə
də, onun vəziyyətinin 15 il sonra plebissit* yolu ilə qəti müəyyən
edilməsi nəzərdə tutulurdu.
Plebissit
ümumxalq səsverməsidir.
Poznan və Qərbi Prussiya Polşaya verilməli idi.
Həmçinin Almaniya Avstriya ilə birləşməməyi öhdəsinə götürür,
bütün müstəmləkələrini itirirdi. Müqavilənin
hərbi şərtlərinə görə Almaniya məcburi hərbi xidməti ləğv
etməli, ordu və donanmasını məhdudlaşdırmalı idi. Almaniya Reyn
çayı boyunca qoşun saxlaya bilməzdi.