Hüqo onu vətənə xəyanətdə günahlandırmış və buna görə də sürgün
edilmişdi.
Rus yazıçıları Fyodr Dostoyevski, Anton Çexov və
Lev Tolstoy
dünya ədəbiyyatına böyük təsir göstərdilər.
Emil Zolya
Fransız yazıçısı Emil Zolya əsərləri ilə yanaşı, ictimai
həyatda ədalətsizliyə qarşı mövqeyi ilə də yadda qalmışdır. O,
Fransa ordusunda xidmət edən zabit Dreyfusa yəhudi olduğu üçün
göstərilmiş ədalətsiz münasibətə qarşı etiraz səsini
yüksəltmişdir.
E.Zolyanın “İttiham edirəm!” başlıqlı açıq məktubunun dərc
olunduğu “Avrora” qəzetinin 13 yanvar 1898-ci il tarixli baş
səhifəsi
EMİL ZOLYA
“İttiham edirəm!” (Fransa prezidentinə məktub)
Hörmətli Prezident!
Dreyfus hadisəsi* adınız və idarəetməniz üçün ləkədir! Bir hərbi
şura yuxarıdan gələn bir əmrlə mayor Esteraznini təmizə
çıxarmağı həqiqətdən və ədalətə ağır bir zərbə vurmaqdan üstün
tutdu. ... Fransanın alnına ləkə vuruldu. Tarix belə ictimai
cinayətin sizin prezidentliyiniz dövründə işləndiyini
yazacaqdır. ... Həqiqəti danışacağam. ... Danışmaq vəzifəmdir.
Cinayətə ortaq olmaq istəmirəm. Yoxsa gecələrim işləmədiyi bir
cinayətə görə işgəncələrin ən qorxuncunu çəkən günahsız bir
insanın görüntüsündən qurtula bilməz. ... Fransanın başına bəla
kəsilən ədalətsizlik xəstəliyi özünü göstərəcəkdir. ... Dreyfus
... kilsə şəraitinin “pis yəhudi” ovunun qurbanı olmuşdur. Bu
hadisə dövrümüzün üz qarasıdır.
Yazıçının mövqeyini necə dəyərləndirirsiniz?
Dreyfus hadisəsi
1894-cü ildə Fransa ordusunda zabit olan yəhudi əsilli Alfred
Dreyfus haqsız olaraq Fransa ordusunun hərbi sirlərini alman
hərbi dairələrinə satmaqda günahlandırılır. Məhkəmə əsaslı sübut
olmadan ona cəza verir.
XIX yüzillik - XX yüzilliyin əvvəllərində mədəniyyətin müxtəlif
sahələrində yeniliklərə aid cədvəli tamamlayın.