Onun bir çox əsərlərində almanlara mənfi münasibət hiss olunsa da,
sonralar Almaniyada nasistlər Nitsşenin fəlsəfəsindən istifadə
etmişlər.
FRİDRİX NİTSŞE
“Dəccal” əsəri
Xristianlıq antik mədəniyyətin mirasını bizdən aldı. Sonra da
bizi İslam mədəniyyətinin mirasından məhrum etdi. Əsasən, bizə
Yunanıstan və Romadan daha yaxın olan, birbaşa duyğu və
zövqümüzə xitab edən İspaniyanın möhtəşəm Məğrib (şərq-red.)
mədəniyyətini ayaqlar altında tapdaladı...
Nitsşenin bu fikirlərini necə dəyərləndirirsiniz?
İqtisadiyyatın inkişafı təhsil sahəsində də yeniliklərə səbəb
oldu. Texniki tərəqqi oxumağı, müəyyən hesablamalar aparmağı
zəruri edirdi. Ona görə də XIX yüzilliyin ikinci yarısında Qərbi
Avropanın bir sıra ölkələrində icbari və ödənişsiz təhsil tətbiq
edildi. Bu amil qəzet, kitab oxuyan insanların sayını artırdı.
Nəticədə Qərbi Avropada elm və təhsil inkişaf etdi. Bu, öz
növbəsində, sosial-iqtisadi inkişafa təsir göstərdi.
XIX yüzilliyin birinci yarısında Osmanlı dövlətində həyata
keçirilən islahatlar təhsil sahəsinə də təsirsiz qalmadı. Bu
islahatlara əsasən dünyəvi ibtidai, orta və ali məktəblərin
açılması nəzərdə tutulurdu.
XIX yüzilliyin ikinci yarısında Qərbi Avropanın bir sıra
ölkələrində icbari və ödənişsiz təhsilin tətbiq edilməsinin
səbəb-nəticə əlaqəsini şərh edin.
XIX yüzillik - XX yüzilliyin əvvəllərində dünya və Azərbaycan
mədəniyyətinin qarşılıqlı təsirlərini şərh edin.
ƏDƏBİYYAT
XIX-XX yüzilliyin əvvəllərində şair və yazıçılar öz əsərlərində
ictimai-siyasi problemlərə daha geniş münasibət bildirməyə
başladılar. Türk