“Cəmaləddin Əfqaninin sosial-siyasi fəlsəfəsi”
Əfqani bütün dövrlərdə xalqların qazandıqları nailiyyətləri,
gücü-qüdrəti elmlə bağlayırdı. İnsan yaşayışını təmin edən bütün
nemətlər, var-dövlət və sərvət də, əsasən, elmin məhsuludur,
bunlar hamısı sənayenin, əkinçiliyin və ticarətin elmi yollarla
aparılmasının nəticəsidir. Şeyx Cəmaləddin inanırdı ki,
gücsüzlük, cəhalət və səfalət içində olan müsəlmanlar mükəmməl
təhsil sayəsində öz keçmiş qüdrət və xoşbəxtliklərinə qayıda
bilərlər.