ELM VƏ TƏHSİL
XIX-XX yüzilliyin əvvəllərində elmin müxtəlif sahələrində böyük
inkişaf baş vermişdi. Tibb, biologiya və
fizikada təcrübə üsulu yeni kəşflərə səbəb oldu. XIX
yüzilliyin ikinci yarısında alimlər elektromaqnit dalğaları
haqqında tədqiqatlar apardılar. Bu tədqiqatlar nəticəsində rus
alimi Aleksandr Popov və italyan alimi
Qulyelmo Markoni ayrı-ayrılıqda radionu ixtira etdilər. XIX
yüzilliyin sonlarında alman alimi Vilhelm Rentgen
gözəgörünməz şüaların mövcud olduğunu sübut etdi. Elektromaqnit
dalğalarının bir növü olan bu dalğalarb
“rentgen şüaları” adlandırıldı.
Rentgen şüalarının tibbdə və texnikada istifadəsi haqqında nə
bilirsiniz?
Albert Eynşteyn
XX yüzilliyin əvvəllərində Albert Eynşteyn ümumi nisbilik
nəzəriyyəsini irəli sürdü. O, cisimlərin ölçüləri ilə vaxt
uzunluğunun nisbiliyini, məkan və zamanın maddi obyektlərin
hərəkətindən asılı olduğunu sübut etdi. Nəticədə məkanla zamanın
qarşılıqlı nisbəti haqqında elmi təsəvvür dəyişdi.
XIX yüzilliyin sonu - XX yüzilliyin əvvəllərində elmin yeni bir
sahəsinin - psixoanalizin yaradıcısı
Ziqmund Freydin əsərlərində uşaqların inkişafının ən vacib
mərhələlərində valideynlərinin
Ziqmund Freyd
yanaşmasının önəmi qeyd edilir, uşaqlara göstərilən qayğı,
maraq, sevgi və anlamın onların gələcəyinin formalaşmasında əsas
rol oynadığı tezisi irəli sürülürdü. O, fikrin tədqiqi üçün
psixoanalizin klinik metodunun yaradıcısı kimi tanınır.