XIX yüzillikdə türk rəssamlığında Qərb tərzi başlanmışdı. Bu,
hərbi məktəblərdə texniki rəsm dərsləri ilə bağlı olmuşdur.
1789-cu il Fransa inqilabı və XIX yüzilliyin əvvəllərindəki milli
azadlıq hərəkatları klassik musiqinin görkəmli nümayəndəsi
Lüdviq van Bethovenin
yaradıcılığına güclü təsir
Lüdviq van Bethoven
göstərmişdi.O, “Üçüncü simfoniya” sını Avropaya demokratiya
gətirdiyinə inandığı üçün əvvəlcə Napoleon Bonaparta həsr
etmişdi. Lakin 1804-cü ildə Napoleon özünü imperator elan
etdiyinə görə bəstəkar bu fikirdən daşınır. Bethovenin yazdığı
Pyotr Çaykovski
“Doqquzuncu simfoniya” müasir dövrdə Avropa İttifaqının
himnidir. Bəstəkar əsərin son bölümündə məşhur “Mehtər
marşı”ndan ilham aldığını bildirmişdir. Ona görə də Bethoven bu
simfoniyasını “Türk musiqisi ilə alman simfoniyası”
Cüzeppe Verdi
adlandırmışdır. XIX yüzilliyin sonlarına qədər musiqi sahəsində
romantizm üstünlüyünü saxladı. Rus bəstəkarı
Pyotr Çaykovskinin əsərləri müasir dövrdə də öz təsirini
davam etdirir. İtalyan bəstəkarı Cüzeppe Verdi İtaliyanın
Avstriya işğalına qarşı azadlıq hərəkatına aid bir neçə opera
yaratmışdır. Onun adı və əsərləri Avstriya işğalına qarşı
İtaliya azadlıq hərəkatının rəmzlərindən birinə çevrilmişdir.