DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
TÜRKİYƏ BAŞ QƏRARGAH ARXİVİ
“ATASE, nömrə 1/2, sənəd/2061; K.S.Papazian, Patriotizm
Perverted, Aram Turabian, Les Volontaires Armeniens sous les
Drapaux Francais, C. de Malevill, 1915-ci il erməni
faciəsi”
Erməni terror dəstələrinin əmrləri:
Rus ordusu sərhədi keçən anda erməni dəstələri və fərarilər
onlarla birləşəcək, Osmanlı ordusuna hücum edəcəklər;
Arxa cəbhədə iki yaşından yuxarı bütün müsəlmanlar qətl
ediləcək;
Ermənilər tərk etdikləri evləri, kilsə və xeyriyyə
müəssisələrini, hətta ərzaq məhsullarını yandırıb bunları
müsəlmanlar etmiş kimi təbliğat aparacaqlar;
Cəbhədən yaralı dönən Osmanlı əsgərləri qətl ediləcək.
YUSUF HALACOĞLU
“Ermeni tehciri”
27 may 1915-ci il tarixli Köçürmə qanunu:
Köçürülməsi lazım bilinənlər gedəcəkləri yerlərə qədər
təhlükəsiz şəkildə aparılacaqlar;
Yollarda onların rahatlığı, can və mal təhlükəsizliyi təmin
olunacaqdır;
Getdikləri yerlərdə tam yerləşdirilmələrinə qədər onlara
köçkün ödənişindən güzəranlarını və yeyib-içməklərini təmin
etmək üçün hər cür yardım ediləcəkdir;
Maddi vəziyyətlərinə uyğun olaraq onlar mal və ərazi ilə
təmin olunacaqlar;
Hökumət tərəfindən ev tikiləcəkdir.
Mənbələrdəki məlumatları müqayisə edin. Əslində, soyqırımının
kimə qarşı törədildiyinə qərar verin. Qərarınızı əsaslandırın.
CASTİN MAKKARTİ
“Türklər və ermənilər”
Niyə İstanbulda, İzmirdə, imperiyanın Avropa hissəsində, digər
bölgələrdə yaşayan on minlərlə erməni soyqırımına məruz
qoyulmamışdır? Onlar sağ-salamat qaldı və onları heç kim sürgün
etmədi. ...Türklərin öldürülməsinə göz yuman Qərb mətbuatı
öldürülmüş ermənilərin sayını olduqca şişirdərək yaymışdı. Əgər
osmanlılar bütün erməniləri məhv etmək istəyirdisə, nə üçün
onların sağ qalmasına imkan verdilər? Ən inandırıcı sübut isə
ondan ibarətdir ki, deportasiya olunmuşların çoxu sağ qalmışdı.
Müəlliflər “erməni soyqırımı”nın uydurma olduğunu necə
əsaslandırır və Qərb mətbuatını nədə günahlandırırlar? Mənbə
əsasında Qərb mətbuatının mövqeyini müasir dövrlə əlaqələndirin.
MÜHARİBƏ VƏ MÜLKİ ƏHALİ
Hərbi əməliyyatların gedişində milyonlarla mülki əhali yaşayış
yerlərini tərk etməyə məcbur oldu. Əslində, vuruşan hər iki tərəf
(Antanta və Dördlər İttifaqı) dinc insanlara qarşı amansızlıq
edir, kütləvi qırğınlar həyata keçirirdi. Uşaqlar və qocalardan
məcburi işlərdə istifadə olunurdu.
Müharibədə iştirak edən bütün dövlətlər iqtisadiyyatlarını müharibənin tələblərinə uyğun qurmuşdu. İş qabiliyyəti olan kişilərin, demək olar, hamısı cəbhədə olduğundan zavod-fabriklərdə, kənd təsərrüfatında onları qadınlar və uşaqlar əvəz edirdilər. Hərbi əsirlər, müstəmləkələrdən gələn işçilər və cəbhədən geri çağırılan ixtisaslı mütəxəssislər də arxa cəbhədə işləyirdilər.
Müharibə qadınların və uşaqların həyatına necə təsir göstərdi?
İnsanları səfərbər etmək üçün dövlətlər müxtəlif təbliğat
vasitələrindən istifadə edirdi. Çünki təbliğat müharibənin amansız
həqiqətlərini