Böyük Britaniyanın Misir valisi Henri Mak Mahonun Məkkə hakimi
Şərif Hüseynə məktubu. 1915
Böyük Britaniyanın xarici işlər naziri Artur Balfurun yəhudi
lobbisi rəhbərlərindən birinə məktubu. 1917
İngiltərə hökuməti Fələstində yəhudi xalqı üçün milli yurd
qurulması fikri ilə razıdır. ... Fələstində yaşayan yəhudi
olmayan əhalinin mülki və dini hüquqları ilə yanaşı, digər
ölkələrdə yəhudilərin malik olduğu siyasi hüquqlara zərər
verəcək hər hansı bir tədbirə təşəbbüs göstərilməyəcəyi şərtilə
bu məqsədin həyata keçirilməsinə çalışılacaqdır.
Mənbələrdəki məlumatları müqayisə edin. Sizcə, Böyük
Britaniyanın ikili siyasət yürütməsində məqsəd nə idi? Müasir
dövrümüzdə ərəb-İsrail münaqişəsi Birinci dünya müharibəsinin
təsirlərinin davam etdiyini deməyə əsas verirmi?