DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
Osmanlı imperiyası müharibənin əvvəlində bitərəf qaldı. Bu
dövlətdən sığınacaq alan iki alman hərbi gəmisinin Rusiyanın liman
və gəmilərinə atəş açması nəticəsində Rusiya 1914-cü ilin
oktyabrında Osmanlı dövlətinə müharibə elan etdi. Sonra Fransa və
Böyük Britaniya da Osmanlı dövlətinə qarşı müharibə elan etdi.
Alman və Osmanlı hərbi komandanlığı Rusiyaya qarşı qəti hücum
etməyi qərara aldı. Lakin Qafqaz cəbhəsindəki Osmanlı qoşunu qış
əməliyyatı üçün zəruri təchizata malik deyildi. Ona görə də
1914-cü ilin dekabrı - 1915-ci ilin yanvarında həyata keçirilən
Sarıqamış əməliyyatı Osmanlı dövləti üçün uğursuzluqla
nəticələndi.
Sarıqamış əməliyyatı
“TARİXİ DƏYİŞDİRƏN DÖYÜŞ
İngiltərə və Fransa Rusiyaya yardım etmək üçün Çanaqqala boğazını
ələ keçirmək planı hazırladı. Bu plana əsasən İstanbul işğal
olunmalı, osmanlılar təslim olmağa məcbur edilməli idi. Nəticədə
Rusiyaya hərbi və iqtisadi yardım mümkün olacaqdı.
Böyük Britaniyanın hərbi naziri Lord
Kitçener Çanaqqala əməliyyatına
başçılıq edən ingilis komandanına
yazırdı:
“Əgər donanmamız boğazı keçərsə, İstanbul öz-özünə təslim olacaq
və siz bir döyüşü deyil, müharibəni qazanmış olacaqsınız”.
Bəzi tarixçilər türk qoşunlarının Çanaqqala əməliyyatında
qələbəsi nəticəsində müharibənin uzandığını bildirirlər.
Mənbədəki məlumat bu fikri təsdiq edirmi?
1915-ci ilin fevralında başlayan dəniz döyüşlərində məğlub olan
Fransa, İngiltərə və onun dominionları - Avstraliya və Yeni
Zelandiya qüvvələri həmin ilin sonuna qədər davam edən quru
əməliyyatlarında da məğlub oldu. Dünyanın güclü iki dövlətinin:
İngiltərə və Fransanın yüksək təchizatlı orduları üzərində türk
qoşunlarının qələbəsinin səbəblərindən biri onların vətəni
qəhrəmancasına müdafiə etməsi idi. 1916-cı ilin yanvarında Antanta
qüvvələrinin geri çəkilməsi ilə başa çatan Çanaqqala döyüşləri
türk xalqınab
Mustafa Kamal kimi dahi sərkərdə qazandırdı.
Çanaqqalada türk dünyasının hər yerindən, o cümlədən Şimali və
Cənubi Azərbaycandan könüllü olaraq köməyə gəlmiş, bu torpaqlarda
şəhid olmuş həmvətənlərimizin də məzarları var. Bu, türk
xalqlarının dar gündə bir-birinə kömək etdiyini bir daha sübut
edir.
Çanaqqala döyüşündə türk ordusunun qələbəsinin səbəbləri nə idi?
Azərbaycandan Çanaqqalaya
köməyə gəlmiş könüllülər
YAXIN ŞƏRQDƏ ƏMƏLİYYATLAR
Yaxın Şərqin neft mənbələrini ələ keçirmək istəyən Böyük Britaniya
ikili siyasət yürüdürdü. O, ərəb tayfalarına müstəqillik vəd
edərək onları Osmanlı dövlətinə qarşı qiyama təhrik etdi. Digər
tərəfdən, Böyük Britaniyanın xarici işlər naziri yəhudilərin
dəstəyini almaq və ABŞ-nin müharibəyə girməsini təmin etmək üçün
müəyyən addımlar atdı.