davam etməyə məcbur oldu. Şərq cəbhəsində isə almanlar tərəfindən
Rusiya qoşunlarının hücumlarının qarşısı alındı. 1914-cü ilin
avqustunda Tannenberq döyüşündə rus qoşunu tələyə salınaraq ağır
məğlubiyyətə uğradıldı.
MÜHARİBƏNİN DÜNYAYA YAYILMASI
1914-cü ildə Yaponiyanın Antanta tərəfindən müharibəyə
daxil olması əməliyyatların gedişinə güclü təsir göstərmədi.
1915-ci ildə Antanta üzvləri İtaliyaya bir sıra ərazilər
vəd edərək onu öz tərəflərindən müharibəyə cəlb etdilər. Həmin
ildə Bolqarıstan isə Almaniya və onun müttəfiqləri
tərəfindən müharibəyə qoşuldu.