Balkan müharibələri
Birinci Balkan müharibəsi nəticəsində
sərhədlər
Avstriya-Macarıstandan asılı olan ərazilər
İkinci Balkan müharibəsindən sonra beynəlxalq
sərhədlər
Beləliklə, hərbi blokların təşkil edilməsindən sonra “güc
tarazlığı” sistemi əhəmiyyətini itirdi. Uzlaşma sənəti olaraq
diplomatiya sona çatdı. Hərbi bloklar arasında siyasi-iqtisadi
ziddiyyətlər onlar arasında müharibəni yaxınlaşdırırdı. Kiçik bir
qığılcım barıt çəlləyinə dönən Avropada böyük partlayışa səbəb ola
bilərdi.
HENRİ KİSSİNCER
“Diplomatiya”
Ağıllı və ölçülü bir siyasət qorxunc təhlükənin, bəlkə də,
qarşısını ala bilərdi. Ancaq Bismarkın yerinə gələnlər onun
həyata keçirdiyi siyasətin əvəzinə, qüvvəyə əsaslandılar. Ən çox
sevdikləri şüar bu idi: Almaniya Avropa diplomatiyasında bir
çəkic olaraq xidmət edəcəkdir. Bismarkdan sonrakı alman
liderləri qərarsızlıqla təcrübəsizliyi birləşdirərək ölkələrini
əvvəlcə yalnızlığa, sonra da müharibəyə daxil etmişdilər.