OTTO fon BİSMARK
Parlamentdəki çıxışından. 1888-ci il
...Coğrafi mövqeyimiz səbəbi ilə məqsədimizə nail olmaq üçün
digər dövlətlərdən daha çox çalışmalıyıq. Avropanın mərkəzində
yerləşirik. Ən azı, üç cəbhədən hücuma məruz qala bilərik.
Halbuki Fransanın müdafiə ediləcək yalnız şərq, Rusiyanın isə
qərb sərhədləri var. Bundan başqa, dünya tarixinin ümumi gedişi,
coğrafi mövqeyimiz və bəlkə də, almanların digər millətlərlə
müqayisədə bu günə qədər birliyə malik olmaması səbəbindən
düşmənlərin yaratdığı təhdidlərə digər xalqların olmadığı qədər
açığıq. Tanrı qonşuluğumuza fransızlar kimi ən təcavüzkar xalq
yerləşdirmişdir. Ötən yüzilliklərdə bu gün çatdığı səviyyələrə
çatacağı xəyal belə edilə bilməyəcək Rusiyanın müharibəpərəst
fəaliyyəti genişlənmişdir. İki tərəfdən də təhdid altındayıq.