əsaslanırdı. 1807-ci ildə Rusiyanı məğlub edərək
Tilzit sülhü bağlayan I Napoleon onu da İngiltərəyə qarşı
blokadaya qoşulmağa məcbur etdi.
Lakin “Qitə (kontinental) blokada” iqtisadi cəhətdən güclü olan
Böyük Britaniyadan çox, Fransa və ondan asılı olan dövlətlərə
mənfi təsir göstərdi. 1812-ci ildə I Napoleon Rusiyaya
yürüş etdi. Lakin bu yürüş uğursuzluqla nəticələndi və I Napoleona
qarşı yeni koalisiya yarandı. 1814-cü ildə müttəfiqlər Parisə
daxil olub I Napoleonu hakimiyyətdən kənarlaşdırdılar.
VYANA KONQRESİ
1814-cü ildə Osmanlı imperiyasından başqa, bütün Avropa dövlətləri
Vyana konqresində toplandı. Konqresin məqsədi I Napoleon
müharibələrindən sonrakı dövlətlərarası münasibətlərin yeni
qaydalarını müəyyən etmək idi. Konqresdə aparıcı rolu
İngiltərə, Rusiya, Avstriya və Prussiya oynayırdı.
Konqresin qərarına görə I Napoleondan geri alınan ərazilərdə etnik
prinsip əsasında dövlətlərin yaradılması deyil, həmin ərazilərin
monarxiyalar arasında bölüşdürülməsi qaydası tətbiq olundu.
Vyana konqresindən sonra Avropada münasibətlər müntəzəm olaraq
çağırılan konqreslərlə tənzimlənməyə başlandı. Hər hansı