fransız təbəələri imperiya ərazisində sərbəst hərəkət və Yantszı
çayı vasitəsilə ticarət etmək hüququ qazandılar. Bu müqavilə ilə
nəzərdə tutulanları reallaşdırmaq çətinləşirdi. Çünki Yantszının
bir hissəsi taypinlərin hakimiyyəti altında idi. Belə şəraitdə
Böyük Britaniya, Fransa və ABŞ hərbi dəstələri quruda və dənizdə
Mancur ordusu ilə birlikdə taypinlərə qarşı mübarizəyə başladı.
Gərgin mübarizə nəticəsində taypinlər məğlub oldular. 1864-cü ildə
üsyançıların paytaxtı süqut etdi.
Krım müharibəsi bitdikdən sonra ingilis və fransızların Çində öz
fəaliyyətlərini aktivləşdirmələrinin səbəbi nə ola bilərdi?
1858-ci ildə Rusiya ilə Çin arasında imzalanmış
Ayqun müqaviləsinə görə Amurun sol sahili Rusiyaya keçdi.
XIX yüzilliyin II yarısında Çinin beynəlxalq mövqeyi Fransa
(1884-1885) və Yaponiya (1894-1895) ilə aparılan müharibələr
sayəsində bir qədər də zəiflədi. Məğlubiyyətlər nəticəsində
imperiya Vyetnam, Koreya və Tayvan üzərində nəzarəti itirdi.
Hərbi məğlubiyyətlər və imperiyanın zəifləməsi hakim dairələri
narahat edirdi. Onlar ordunun və donanmanın yenidən
silahlanmasını, dövlət