yaxınlaşması ilə 1840-1842-ci illəri əhatə edən və tarixdə Birinci
“Tiryək” müharibəsi adlanan müharibə başladı. Çinin məğlubiyyəti
Nankin sülh müqaviləsi ilə bitdi. Müqaviləyə görə, Çin İngiltərəyə
böyük məbləğdə təzminat ödədi, 5 limanını ticarət üçün açdı,
ingilislərə ticari güzəştlər, eləcə də faktoriyalarda xarici
missiya üçün eksterritoriallıq hüququ verdi.
Syanqan (Honkonq) İngiltərənin mülkiyyətinə keçdi.
1844-cü ildə ABŞ və Fransa da Mancur hökumətini
qeyri-bərabər müqavilə imzalamağa məcbur etdi.
Sizcə, eksterritoriallıq hüququnun xaricilərə nə dərəcədə
faydası dəyə bilərdi?
Növbəti on ildə xarici siyasi problemlər daxili problemlərlə
qaynayıb-qarışdı. 1850-ci ildə ölkənin cənub-şərq əyalətlərində
Taypinlər üsyanı başlandı. Tezliklə üsyançılar Nankini tutub öz
dövlətlərini yaratdılar.
Krım müharibəsi bitdikdən sonra ingilislər və fransızlar Çində öz
fəaliyyətlərini aktivləşdirdilər. Onlar yeni güzəşt və hüquqlar
tələb edirdilər.
1856-cı ildə Çinə qarşı Böyük Britaniya və Fransanın
İkinci “Tiryək” müharibəsi (1856-1860) başladı. Müharibənin
yekunu olaraq ingilis və