QACARLAR DÖVLƏTİNİN İCTİMAİ VƏ SİYASİ VƏZİYYƏTİ
XIX yüzilliyin əvvəllərində İranda türksoylu Qacarlar sülaləsi
hakimiyyətdə idi. Ölkədə feodal-aqrar münasibətləri hakim idi.
Dövləti qeyri-məhdud hakimiyyətə malik şah idarə edirdi. Ölkə
İngiltərə ilə Fransanın iqtisadi və siyasi maraq obyektinə
çevrilmişdi. Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək istəyi
Qacarların gah İngiltərəyə, gah da Fransaya meyil etməsinə səbəb
olurdu. Çünki I Napoleonun Avropada apardığı müharibə Rusiyanı
İngiltərə ilə yaxınlaşdırmış, Napoleonu isə ingilis Hindistanını
ələ keçirmək həvəsinə salmışdı. Son nəticədə İngiltərə və
Fransadan elə bir ciddi kömək ala bilməyən Qacarlar Cənubi Qafqaz
uğrunda mübarizəyə başlayan Rusiyaya müharibə elan etdi.
1804-1813-cü və 1826-1828-ci illəri əhatə edən rus-Qacarlar
müharibələrində Qacarlar