DÜNYA ÖLKƏLƏRİ XIX YÜZİLLİK-XX YÜZİLLİYİN ƏVVƏLLƏRİNDƏ
Osmanlı imperiyasının
ərazisinin kiçilməsi
Avstriya ərazisinə qatılmış
ərazilər
Balkan ölkələrinə verilən
ərazilər
Rusların ərazisinə qatılmış
ərazilər
Böyük Britaniyanın idarəçi-
liyinə keçmiş ərazilər
İtaliyanın idarəçiliyinə
keçmiş ərazilər
Fransanın idarəçiliyinə
keçmiş ərazilər
1876-cı ildə konstitusiya tərəfdarları fəallaşdılar. Mürəkkəb
iqtisadi və siyasi şəraitdə mədrəsə tələbələri İstanbulda baş
vəzirin və şeyxülislamın istefası tələbi ilə çoxminli mitinqlər
təşkil etdilər. Yeni Osmanlı tərəfdarları sultanı devirdilər.
Tanınmış ictimai xadim Əhməd Midhəd paşanın rəhbərliyi ilə dövlət
şurası konstitusiya hazırladı. 1876-cı ilin dekabrında yeni Sultan
II Əbdülhəmid konstitusiyanı qəbul etdi. Sultan heç də
konstitusiya əsaslı dəyişiklikləri həyata keçirmək istəmirdi.
1877–1878-ci illərdə deputatların öz iclaslarında hökuməti tənqid
etməsi, rus-türk müharibəsində məğlubiyyətin səbəblərinə dair
hesabatlar tələb etməsi sultanın parlamenti qeyri-müəyyən müddətə
buraxmasına gətirib çıxartdı. Bunun ardınca ölkədə sərt diktatura
rejimi quruldu.
Osmançılıq ideyasının həyata keçirilməsi mümkün olsa idi, nə baş
verərdi?
“GƏNC TÜRKLƏR”
Sultan mütləqiyyətinə qarşı mübarizə aparmaq məqsədilə 1889-cu
ildə İstanbulda “İttihad və Tərəqqi” adlı gizli cəmiyyət
yaradıldı. Bu cəmiyyətin üzvləri və onun tərəfdarları özlərini
“Gənc türklər” adlandırırdılar. XX yüzilliyin əvvəllərində ölkədə
inqilabi şəraitin yetişdiyi bir vaxtda fəallığı gücləndirən “Gənc
türklər” üsyana başlamaq qərarına gəldi. Üsyan 1908-ci ildə
Makedoniyada başladı. Tezliklə bir çox Balkan şəhərlərinin
qarnizonları, yerli partizan dəstələri onlara qoşuldu. Üsyançılar
sultandan 1876-cı il konstitusiyasının bərpasını qəti şəkildə
tələb edirdilər. Hər yerdə üsyançıların dəstəkləndiyini görən
Sultan II Əbdülhəmid konstitusiyanın bərpa olunmasına və
parlamentin çağırılmasına razı oldu. Parlamentdə çoxluq əldə edən
“Gənc türklər” ordu üzərində də nəzarəti ələ keçirdilər. 1909-cu
ildə özünə sadiq hərbi hissələrə arxalanan “Gənc türklər”