sahibləri təqaüd qismində konpensasiya aldılar. Mərkəzi idarəetmə
orqanlarında Avropa nümunəsində nazirliklər yaradıldı
1839-cu ildə “Gülxanə xətti-şərif”-i verildi. Bu
“xətti-şərif” gələcək dəyişiklikləri özündə əks etdirirdi. Sənəddə
ədalətli vergi yığımından, qayda-qanundan, ordu quruculuğundan və
s. danışılırdı. Bundan başqa, dini mənsubiyyətindən asılı
olmayaraq, bütün təbəələrin qanun qarşısında bərabərliyi elan
edildi, xüsusi hərbitədris ocaqları, ilk universitetlər açıldı.
Fərz edin ki, siz “Gülxanə xətti-şərif”-dən yararlanmış
təbəələrdən birisiniz (
Özünüzə yaş, məşğuliyyət, sosial təbəqə və s. seçin ). Öz
personajınızın islahatlara münasibətini şərh edin.
“YENİ OSMANLILAR”
XIX yüzilliyin ikinci yarısında ölkədə konstitusiya və seçkili
orqanların - parlamentin yaradılması uğrunda hərəkat başladı.
1865-ci ildə gizli şəkildə yaradılan
“Yeni osmanlılar” cəmiyyətinin məqsədi parlament yaratmaq
və konstitusiya qəbul etmək idi. Sultan hakimiyyətinə, imperiyanın
qorunub saxlanmasına loyal yanaşan “Yeni osmanlılar” cəmiyyətdə
dəyişiklik və ədalətli idarəetmə tərəfdarı idilər.