OSMANLI İMPERİYASININ İCTİMAİ VƏ SİYASİ VƏZİYYƏTİ
Afrika, Asiya və Avropa qitələrində böyük ərazilərə malik olan
Osmanlı imperiyası XIX yüzilliyin əvvəllərində böhran keçirirdi.
Əyalətlərdə hakimiyyət varlanmış yerli əyanların və canişinlərin
əlində cəmləşmişdi. Afrikanın şimal vilayətlərində müstəqillik
meyilləri artmışdı. Çoxsaylı müharibə xərcləri əsas vergi
ödəyicisi olan kəndliləri müflisləşdirirdi.
Hərbi len sistemi* olan timar və ziyamət böhran yaşayırdı.
Bir çox timar sahibləri müflisləşir, torpaqlarını hissələrə
bölərək satırdılar. Bu yolla da onlar vəzifə borclarını lazımi
qaydada yerinə yetirə bilmir, orduya döyüşçü verməkdə çətinlik
çəkirdilər. Ordunun zərbə qüvvəsini təşkil edən yeniçərilər döyüş
qabiliyyətini və nizam-intizamı itirmişdilər.
hərbi xidmət müqabilində verilən torpaqlara deyilirdi.
Yeniçərilər haqqında referat hazırlayın.
İmperiyaya tabe edilmiş xalqların mübarizəsi get-gedə güclənirdi.
Bu mübarizənin güclənməsində