“Peterburqda nümayişçilərin gülləbaran edilməsi”.
Rəssam Vladimir Makovski
Dövlət Dumasına seçkilərdə milli azlıqların, xüsusilə müsəlman
xalqlarının hüquqlarını məhdudlaşdıran dəyişiklik edildi.
Stolıpinin mühüm tədbirlərindən biri də torpaq islahatının
keçirilməsi oldu. Bu islahat icma torpaqlarının kəndlilər arasında
bölüşdürülməsini nəzərdə tuturdu. Torpaqsız kəndlilər Sibirə,
Qafqaza, Mərkəzi Asiya və Uzaq Şərqə köçürüldü.