II Nikolay
verən Dünya iqtisadi böhranının nəticəsi idi. Belə ki Rusiya
iqtisadiyyatına qoyulan xarici kapitalın azalması bir çox fabrik
və zavodların fəaliyyətini dayandırmasına səbəb olmuşdu.
İşsizliyin artması tətil və nümayişlərin baş verməsi ilə
nəticələndi.
Həmçinin Rusiya
əhalisinin yarıdan çoxunu təşkil edən qeyri-rusların, xüsusən də
türk-müsəlman xalqlarının siyasi, iqtisadi və mədəni hüquqlarının
məhdudlaşdırılması siyasəti milli azadlıq hərəkatının yüksəlməsinə
səbəb oldu. Yaponiyaya qarşı 1904-1905-ci il müharibəsində
Rusiyanın məğlub olması ölkənin beynəlxalq nüfuzuna mənfi təsir
göstərməklə yanaşı, daxili vəziyyəti daha da pisləşdirdi. Mövcud
sosial-iqtisadi böhran dərinləşdi. Beləliklə, bu və digər səbəblər
Rusiyada ilk inqilabın başlanmasına təkan verdi.
1905-1907-ci İLLƏR İNQİLABI
1905-ci ilin yanvarında Peterburqda nümayişçilərin gülləbaran
edilməsi ilə başlanan inqilab bütün ölkəni bürüdü. Əhalinin bütün
təbəqələri islahatlar keçirilməsini tələb edirdi. Eyni zamanda
müstəmləkə xalqlarının da milli azadlıq hərəkatı genişləndi. Çar
hakim dairələri inqilabın və azadlıq hərəkatının qarşısını almaq
üçün milli və dini münaqişələr törədirdi.
Ölkəni bürüyən tətil hərəkatı hökuməti güzəştə getməyə məcbur
etdi. Çar söz, mətbuat, təşkilat qurmaq, yığıncaq azadlığı və
məhdud qanunverici səlahiyyətlərə malik Dövlət Dumasının
çağırılması haqqında bəyannamə elan etdi.
1905-1907-ci illər inqilabının səbəblərini Rusiyanın mövcud
siyasi və sosial-iqtisadi quruluşu ilə əlaqələndirin və təhlil
edin.
Çar hakim dairələrinin milli və dini münaqişələr törətməsi
siyasətini Azərbaycan tarixi ilə əlaqələndirərək dəyərləndirin.