ERİK HOBSBAUM
“İnqilab dövrü”
Kəndlilərin təhkimçiliyi bəzən o həddə çatırdı ki, Rusiyada və
Polşanın bəzi yerlərində olduğu kimi, torpaqdan ayrı olaraq
satıla bilən daşınan bir əmlak olan kölədən, demək olar ki, heç
bir fərqi qalmırdı.
Mənbə və diaqram əsasında Rusiyanın sosial-iqtisadi
vəziyyətini təhlil edin.
DÖYÜŞDƏ QAZANILMAYAN QƏLƏBƏ
XIX yüzilliyin əvvəllərində Rusiyada feodal qaydaları və mütləq
monarxiya davam edirdi. Saray çevrilişi ilə hakimiyyətə gələn
I Aleksandr (1801-1825) əvvəlcə bir sıra islahatlar həyata
keçirdi. Mülkədarların könüllü olaraq kəndliləri ödənc müqabilində
pay torpağı verməklə azad etməsini nəzərdə tutan fərman verildi.
Lakin kəndlilərin cüzi bir hissəsi azad edildi. Kollegiyalar
əvəzinə, Avropa nümunəsində nazirliklər yaradıldı. Mətbuat və
kitablar üzərində senzura