üçün böyük dövlətlərin dəstəyini almağa, bu, mümkün olmadıqda isə
onların bitərəfliyinə nail olmağa çalışırdı. Rusiya ilə
münasibətlər yaxşılaşdırıldı. Bu fürsətdən istifadə edən Prussiya
ordusu əhalisinin əksəriyyəti almanlardan ibarət olan əraziləri
Danimarkadan aldı.
1864-cü ildə imzalanmış müqavilənin şərtlərinə görə Danimarka
Şlezviq - Holşteyni Prussiya və Avstriyaya verməyə razı oldu.
Ancaq bu ərazilərin idarə edilməsi üstündə yaranmış narazılıq və
Alman ittifaqı daxilində Prussiyanın nüfuzunun artması iki dövlət
arasında müharibəyə səbəb oldu.
Almaniyanın birləşdirilməsində ikinci böyük əngəl məhz Avstriya
idi. Avstriya ilə müharibə baş verərdisə, Fransanın Reynboyundan
Prussiyaya hücum etməyəcəyinə dair təminat yox idi. Bismark bu
təhlükədən sovuşmaq üçün, ən azı, III Napoleonun bitərəfliyinə
nail olmalı idi.
Bismarkla III Napoleonun danışıqları uğurlu keçdi. Fransa
Avstriya-Prussiya müharibəsində bitərəf qalmağa razılaşdı. Bu
razılaşmada Fransanın özünün də maraqları var idi. III Napoleon