Rəssamlıqda da müəyyən dəyişikliklər baş verdi. Məsələn, ifrat
realizm geniş yayıldı. Onun nümayəndələrinin əsas diqqəti
əsərlərin məzmununa deyil, rəng və formanı dəqiqliklə təsvir
etməyə yönəlirdi.
Müharibədən sonra Avropa şəhərlərinin bərpası memarlığın da
inkişafına səbəb oldu. Şəhərlərdə əhalinin artması çoxmərtəbəli
evlərin inşa edilməsinə təsir göstərdi. Televiziyanın geniş
yayılması ilə radionun önəmi azaldı. Televiziyanın inkişafı
mədəniyyət sahələri ilə yanaşı, idmanın da kütləviləşməsinə səbəb
oldu. Futbol üzrə dünya çempionatları və Yay olimpiya oyunları
bütün dünyada böyük hadisələr kimi dəyərləndirilir. Müasir dövrdə
idman bəzən dövlətlər arasında əlaqələrin inkişafına da töhfələr
verir. Nəticədə idman kütləvi mədəniyyətin sürətli inkişafına
səbəb olmuşdur.
1966-cı il dünya çempionatı. Azərbaycan futbol məktəbinin
yetirməsi Anatoli Banişevski (ikinci futbolçu) SSRİ yığmasında
İnformasiya cəmiyyətinin mədəniyyətin inkişafına təsirinin
müsbət və mənfi cəhətləri ilə bağlı debat təşkil edin.
Zaman oxunda verilmiş mühüm hadisələri müəyyən edin.