Mənim üçün Qarabağ müharibəsi və zəfəri Türkiyənin qurtuluş
müharibəsindən sonra türk dünyasının ən böyük zəfəridir.
XX yüzilliyin ikinci yarısında elm və texnika sahələrində
inkişafın xüsusiyyətlərini təhlil edin.
İkinci dünya müharibəsi ədəbiyyata da güclü təsir göstərdi. Bir
çox yazıçı və şairlər müharibəni döyüş meydanlarında, əsir
düşərgələrində yaşamalı oldular. Bu onların yaradıcılığına da
təsirsiz qalmadı. XX yüzilliyin məşhur yazıçısı
Ernest Heminquey döyüşlərdə yaralanmışdı. Onun yazdığı
“Qoca və dəniz” əsəri 1954- cü ildə Nobel mükafatına layiq
görüldü. Fransız yazıçısı Albert Kamü isə absurdizm*
cərəyanının görkəmli nümayəndələrindən biri kimi tanındı. O,
İkinci dünya müharibəsində faşistlərə qarşı müqavimət hərəkatında
iştirak etmişdi. Dövrün ən tanınmış qələm sahiblərindən biri də
kolumbiyalı yazıçı Qabriel Qarsia Markes
idi. Onun əsərlərində adi həyatın və reallıqların əksinə sehrli
obrazlar və hadisələrdən istifadə edilirdi. Markes 1982-ci ildə
Nobel mükafatına layiq görüldü.
məntiqə uyğun olmayan, cəfəngiyyata əsaslanan fəlsəfi-mədəni
cərəyandır.
Ernest Heminquey