biotexnologiyalarda, ətraf mühitin mühafizəsində,
hərbi sahələrdə və s. istifadə etmək
mümkündür.
Siyasi və hərbi əhəmiyyət daşıyan nüvə əvvəlcə hərbi sahədə
istifadə edilirdi. Daha sonra ondan elektrik enerjisi istehsalında
da istifadə olunmağa başlanıldı. Elm və texnikanın inkişafının
müsbət tərəfləri olsa da, nüvə dünya üçün təhlükə də daşıyırdı.
Hidrogen atomlarının parçalanması nəticəsində gedən reaksiya
qitələrarası raketlərin yaradılmasına səbəb oldu. Biologiyada
DNT-nin kimyəvi quruluşu müəyyən edildi. Soyuq müharibənin başa
çatması mədəniyyətin müxtəlif sahələrində də məzmun dəyişikliyinə
səbəb olmuşdur. Artıq yeni minillikdə milli və bəşəri dəyərlərin
ziddiyyətləri deyil, qarşılıqlı əlaqələri ön plana çıxmışdı.
Siyasi və iqtisadi inteqrasiya prosesi mədəniyyətə də təsir
göstərmişdir.
Məşhur türk alimi, mikrobioloq Əziz Sancar bakteriyalar üzərində
apardığı araşdırmalar nəticəsində bəzi zülal molekullarının və
fermentlərin zədələnmiş DNT-ni necə təmir etdiyini müəyyən
etmişdir. Bu ixtiralar canlı hüceyrənin necə işlədiyi, xərçəngin
səbəbləri və qocalma prosesləri haqqında bilikləri artırdı. Əziz
Sancar 2015-ci ildə hüceyrələrin zədələnmiş DNT-nin bərpa edilməsi
və genetik məlumatın qorunması sahəsində tədqiqatlarına görə kimya
üzrə Nobel mükafatına layiq görülüb.
Əziz Sancar
O bu uğurunu belə dəyərləndirmişdir:
“Məni mükafata aparan Atatürkün və Türkiyə Cümhuriyyətinin
etdiyi təhsil inqilabıdır. Ona görə də bu mükafatın sahibi
Atatürk və Türkiyə Cümhuriyyətini təmsil edən Anıtkabir
Muzeyidir”.