DÜNYA MƏDƏNİYYƏTİNİN MƏRKƏZİ DƏYİŞİR
XX yüzilliyin ikinci yarısında bəşəriyyət böyük elmi-texniki
inkişafa nail oldu. Atom enerjisinin kəşf edilməsi, kosmosun fəth
olunması, yeni texnologiyaların (kompüter, robot, peyk əlaqəsi və s.) meydana gəlməsi mədəniyyətin forma və məzmununda dəyişikliklərə
uğraması ilə nəticələndi. Bu dəyişikliklərin müsbət və mənfi
nəticələri yarandı.
İkinci dünya müharibəsindən sonra dünyanın siyasi və
sosial-iqtisadi həyatında qlobal dəyişikliklər baş verdi. Soyuq
müharibə nəticəsində dünyanın iki qütbə bölünməsi mədəniyyətə də
təsir göstərdi. SSRİ-nin kommunizmi ixracetmə siyasətinə qarşı ABŞ
liberal mədəniyyət mübarizəsinə başladı. Bu mübarizənin
üsullarından biri ABŞ sənət xadimlərinin dünyada tanıdılması idi.
Müharibə illərində böyük zərər görmüş Paris dünyanın incəsənət
mərkəzi olma xüsusiyyətini itirmişdi. Artıq bu mərkəz Nyu-York
hesab edilirdi. Əslində, bu, ABŞ-nin yeni mədəniyyət siyasətinin
tərkib hissəsi idi. Amerika mədəniyyəti ixrac olunur və bütün
dünyaya təsir göstərirdi. XX yüzilliyin ikinci yarısında sürətlə
inkişaf edən informasiya və