DETLEV KUİNTERN
Bremen Universiteti,
Mədəniyyət Elmləri İnstitutu
Ərəb baharını anlamaq üçün tarixi bilmək lazımdır. Ərəb
dünyasının köklərində ədalət uğrunda hərəkat ənənələri dayanır.
Başlıca səbəbi ədalət anlayışının İslam əxlaqında ilk sırada
olmasıdır... Tarixin bizə göstərdiyi kimi, ədalətsizlik hər
zaman ərəb dünyasında üsyanlara səbəb olmuşdur. Ona görə də bu
hərəkatın mərkəzində ədalətsizliyə qarşı mübarizənin dayandığını
görürük. Ərəb ölkələrində, xüsusilə Tunis və Misirdə komprador
burjuaziya idarəetməni ələ keçirib öz məqsədləri üçün istifadə
edirdilər. Bu isə xarici güclərin məqsədləri ilə üst-üstə
düşürdü. Xarici güclər deyərkən, köhnə müstəmləkəçi dövlətlər -
İngiltərə, Fransa və İtaliya ilə yanaşı, bölgədə təsirli olan
ABŞ-ni nəzərdə tuturuq. Bütün bunlar hakimiyyəti əlində saxlayan
və ölkənin sərvətlərini mənimsəyən azlıqla yoxsul və işsiz
çoxluğun yaranmasına gətirib çıxardı. Beynəlxalq Valyuta
Fondunun tələbi ilə sosial təminat xərcləri azaldıldı, önəmli
resurslar özəlləşdirildi. Bu özəlləşdirmədən hakimiyyətə yaxın
olanlar faydalandı. Ölkədən çıxarılan pullar Qərb banklarına
qoyuldu. ...Yaxın Şərqdə xalq hərəkatının təməlində üç əsas
məsələ dayanır: Ədalətsizlik, bunun nəticəsində insan
heysiyyətinin itirilməsi və hökumətlərin Fələstin məsələsi ilə
bağlı mövqeləri.