ZBİQNEV BZEJİNSKİ
“Böyük şahmat lövhəsi”, İstanbul, 2005
Ərazisinin kiçik olmasına və əhalisinin azlığına baxmayaraq,
Azərbaycan böyük enerji qaynaqları səbəbi ilə geosiyasi
əhəmiyyətə malikdir. Əgər Azərbaycan tamamilə Moskvanın
hakimiyyəti altına girərsə, Mərkəzi Asiya dövlətlərinin
müstəqilliyinin mənası qalmaz.
Rusiyanın nəzarətində olmayan regiondan keçən boru kəməri ilə
Qərb bazarına bağlanan müstəqil Azərbaycan inkişaf etmiş və
yüksək enerji istehlak edən iqtisadiyyatlarla enerji ilə zəngin
Mərkəzi Asiya arasında nəqliyyatı təmin edən əsas yol ola bilər.