REGİONAL MÜHARİBƏLƏR
“Mülayimləşmə dövrü”ndə ABŞ və SSRİ arasında tarazlığı pozmayan
regional müharibələr baş verdi. Bunlardan biri
Vyetnam müharibəsi
idi. Bu müharibədə ABŞ Cənubi Vyetnama, SSRİ isə Şimali Vyetnama
kömək edirdi. 1965- ci ildə ABŞ bölgəyə hərbi qüvvə göndərdi. Məğlub olan ABŞ beynəlxalq ictimaiyyətin təzyiqi ilə öz qoşunlarını
geri çəkdi. Regional müharibələr dünya sülhü üçün təhlükəli
olduqda SSRİ və ABŞ diplomatik yolla münaqişələri həll etməyə
çalışırdı.
“SOYUQ MÜHARİBƏ”NİN SON MƏRHƏLƏSİ
1979-cu ildə SSRİ Əfqanıstana qoşun yeritdi. SSRİ-nin məqsədi
burada ABŞ-nin planları əsasında yayılmaqda olan siyasi
islamçılığın öz ərazisinə – Mərkəzi Asiyanın müsəlman
respublikalarına təsir etməsinin qarşısını almaq idi. Bu və
SSRİ-nin Avropada orta mənzilli nüvə raketlərini
yerləşdirməsi “Soyuq müharibə”nin yeni mərhələsinin başlanğıcı
oldu. ABŞ SSRİ-nin taxıl və texnologiya ixracına embarqo qoydu,
1980- ci ildə Moskvada keçirilən Olimpiya oyunlarını boykot etdi.
ABŞ yeni silahlanma proqramları hazırladı və bu sahədə SSRİ-ni
ötüb keçməyi qarşıya məqsəd qoydu.
1983-cü ildə sovet raketlərinin təhdidinə qarşı
Strateji müdafiə təşəbbüsü proqramı elan edildi. Sovet
raket təhlükəsinin süni peyklərlə müəyyən edilərək kosmosdan məhv
edilməsini nəzərdə tutan bu proqrama “Ulduz müharibəsi” də
deyilirdi.
1979-cu ildə SSRİ-nin Əfqanıstanı işğal etməkdə məqsədi nə idi?
“SOYUQ MÜHARİBƏ”NİN SONU
1980-ci illərin ikinci yarısında silahlanmaya çəkilən böyük
xərclər, iqtisadi tənəzzül SSRİ-ni münasibətləri yumşaltmağa sövq
edirdi. Çernobıl Atom Stansiyasında baş verən qəza dünyada nüvə
müharibəsi qorxusunu artırdı. 1987-ci ildə ABŞ və SSRİ qısa və
orta mənzilli nüvə silahlarının ləğvi haqqında müqavilə imzaladı.
Dünyanın müxtəlif bölgələrində öz təsirini yaymaq üçün