MÜSTƏMLƏKƏLƏRİN LƏĞVİ VƏ “ÜÇÜNCÜ DÜNYA ÖLKƏLƏRİ”
İkinci dünya müharibəsindən sonra müstəmləkələrin azad edilməsi
prosesi başlandı. Asiya, Afrika və Sakit okean bölgəsindəki
müstəmləkələrin azad edilməsi “Üçüncü dünya ölkələri” nin
yaranması ilə nəticələndi. “Üçüncü dünya” ifadəsi “soyuq
müharibə”də iştirak etməyən, bloklara daxil olmayan və az inkişaf
etmiş ölkələri bildirmək üçün istifadə edilir. 1961-ci ildə
Yuqoslaviya, Hindistan və Misirin təşəbbüsü ilə
Bloklara qoşulmayanlar hərəkatı yaradıldı. “Üçüncü dünya
ölkələri” aldıqları yardım sayəsində ABŞ və ya SSRİ-nin təsiri
altına düşürdü. ABŞ və SSRİ Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada
keçmiş müstəmləkəçi dövlətləri əvəz edir, etdikləri yardım
müqabilində bölgələrdə öz hakimiyyətlərini möhkəmləndirirdi.
“Üçüncü dünya ölkələri”ndə bəzən müstəmləkə dövründə çəkilmiş süni
sərhədlər və böyük dövlətlərin təsiri ilə etnik münaqişələr,
vətəndaş müharibələri baş verirdi.
“Üçüncü dünya ölkələri”nin yaranması hansı prosesin nəticəsi
idi?
2011ci ildən Azərbaycan Respublikası Qoşulmayanlar Hərəkatına
tam hüquqlu üzv qəbul olunmuşdur. 2019–2023cü illərdə ölkəmiz
hərəkatın sədri olmuşdur. 2020-ci il Vətən müharibəsi dövründə
Hərəkatın üzvləri Azərbaycanın müstəqilliyi, suverenliyi və
ərazi bütövlüyünə dəstəklərini vurğulamış, ölkəmizlə həmrəy
olduqlarını bildirmişdir.