dünyanın ilk qitələrarası ballistik raketini yaratdı və
kosmosa ilk dəfə olaraq süni peyki göndərdi. Lakin 1959-cu ildə
SSRİ-nin rəhbəri Nikita Xuruşşovun ABŞ-yə səfəri və ABŞ-də Con
Kennedinin hakimiyyətə gəlməsi münasibətlərdə mülayimləşmə
yaratdı.
YENİ BÖHRANLAR: BERLİN VƏ KARİB
Növbəti böhran Berlinin statusu ətrafında oldu. Sovet rəhbərliyi
Berlinin ADR-ə və ya BMT-nin nəzarətinə verilməsini təklif edirdi.
Bu dövrdə almanlar ADR-dən Qərbi Almaniyaya qaçırdılar. Bunun
qarşısını almaq üçün ADR və sovet rəhbərliyi 1961-ci ildə Berlini
şərq və qərb hissələrinə bölən divar ucaltdırdılar.
“Soyuq müharibə” dövrünün əsas böhranlarından biri 1962-ci ildə
Kuba məsələsi oldu. Kubada hələ 1959-cu ildə ABŞ-nin müdafiə
Alman əsgərinin kiçik bir uşağa Berlin
divarını gizlicə keçməsinə kömək etməsi. 1961