qarşı koalisiyalarda birləşsələr də, bir-birinə qarşı da səmimi
deyildi. Bu da onların arasında ziddiyyətlərə səbəb olurdu. I
Napoleon yaranmış fürsətdən məharətlə istifadə edirdi.
Bütün bunlara baxmayaraq, Birinci imperiyanın böhranı başlanmışdı.
Aramsız müharibələrin aparılması ölkə iqtisadiyyatını zəiflətmiş
və xalqın narazılığına səbəb olmuşdu. Sənaye burjuaziyası
hökumətdən uzaqlaşmışdı. Vergilərin artırılması, işsizliyin artıq
adi hal alması narazı qüvvələrin sayını gündən-günə artırırdı.
Asılı ölkələrdə milli-azadlıq hərəkatlarının güclənməsi və I
Napoleonun tükənməyən işğalçılıq planları imperiyanın böhranını
sürətləndirdi. Rusiyaya hücum nəticəsində vahid ordunun sıradan
çıxması isə Fransanın müttəfiqlərinin ondan uzaqlaşmasına səbəb
oldu.
Birinci imperiyanın süqutunun səbəbləri hansılardır?
Vyana konqresindən sonra Avropanın siyasi xəritəsində baş vermiş
dəyişiklikləri müəyyən edin.
Beləliklə, Napoleon imperiyası ona qarşı birləşmiş dövlətlərin
mübarizəsi nəticəsində süquta uğradı. Burbonlar sülaləsinin
hakimiyyəti bərpa olundu. Vyana konqresində müttəfiqlərin təkidi
ilə Fransa inqilabdan əvvəlki sərhədlərə qaytarıldı. 1847-ci ildə
Fransada iqtisadi böhran başladı. Fəhlələrin əməkhaqqı azaldıldı.
İqtisadi böhran sosial narazılığa səbəb oldu, etiraz hərəkatları
gücləndi. Ölkənin müxtəlif yerlərində siyasi tələblər irəli
sürülməsi yeni inqilabın başlanması üçün şərait yaratmışdı.
1848-ci ildə baş verən inqilab nəticəsində Fransa respublika elan
edildi. Dövlət aparatı mühafizəkar məmurlardan təmizləndi.
Keçirilən seçkilərdə Bonapartlar sülaləsinin nümayəndəsi Lui
Napoleon prezident seçildi. Parlamentdə monarxiya tərəfdarları
üstünlük təşkil edirdi. Hökumətin apardığı xarici siyasət
respublika tərəfdarları ilə monarxiya tərəfdarları arasında
ixtilaflara səbəb oldu.
Fransa hökuməti papanın dünyəvi hakimiyyətini bərpa etmək üçün
konstitusiyaya zidd olsa da, Romaya qoşun göndərdi. Lui Napoleon
bu yolla katolik kilsəsinin etimadını qazandırmaq və