qarşı siyasətə münasibət bildirmirlər. Çin isə uyğurlara qarşı
həyata keçirdiyi siyasəti terrorizmlə mübarizə adlandırır.
Əvvəllər Sincan- Uyğur muxtar bölgəsində toplama düşərgələrinin
olduğunu inkar edən Çin artıq bu düşərgələrin uyğurlara peşə
təhsili verən, onların radikallaşmasının qarşısını almaq və ölkəni
terrorizmdən qorumaq məqsədilə yaradılmış “xüsusi məktəblər”
adlandırır.
Çin polisləri və uyğur qadını
İkinci dünya müharibəsi Yaponiya üçün fəlakətlə nəticələndi. İki
milyon yapon həlak oldu. Paytaxt Tokio da daxil olmaqla, ölkənin
başlıca şəhərləri dağıdıldı. Atom bombası Hirosima və Naqasakini
külə çevirdi. Məğlub olmuş Yaponiyada işğal rejimi yaradıldı.
Gələcəkdə yeni müharibənin qarşısını almaq üçün hərbsizləşdirmə
həyata keçirildi və Yaponiya silahlı qüvvələri ləğv edildi.
Demokratikləşmə prosesi başlandı. 1947-ci ildə ABŞ siyasi
məsləhətçiləri tərəfindən hazırlanan yeni Konstitusiya qüvvəyə
mindi. İmperatorluq İngiltərə nümunəsində parlamentli monarxiyaya
çevrildi. Yeni Konstitusiyada imperatorun siyasi gücü də
əhəmiyyətli dərəcədə azaldıldı. Böyük Britaniya hökmdarı kimi
imperator da yalnız simvolik funksiya daşımağa başladı. Hakimiyyət
bölgüsü və onun icra, qanunverici, məhkəmə qolları arasında güc
balansı təmin edildi. Yeni Konstitusiya Yaponiyada hakimiyyətin
mənbəyinin xalq olduğunu təsbit etdi. Qadınlar da daxil olmaqla,
bütün vətəndaşlara seçki hüququ verildi. Konstitusiya əsas insan
hüquq və azadlıqlarının təminatçısı idi. Onun daha bir əhəmiyyətli
maddəsi müharibədən imtina edilməsi haqqında idi.