İRAQ TÜRKMƏNLƏRİ
İraq hökuməti ölkənin ən böyük xalqlarından biri və Azərbaycan
türklərinin soydaşı olan
türkmənlərə qarşı müxtəlif dövrlərdə repressiya siyasəti
həyata keçirirdi. İraqda respublika qurulduqdan sonra da bu
siyasət davam etdirildi. 1959-cu ildə qədim türk torpağı olan
Kərkükdə türkmənlərə qarşı qətliam törədilmişdi. S.Hüseynin
hakimiyyəti dövründə türkmənlərə qarşı assimilyasiya* və
təzyiq siyasəti gücləndirildi. Onlara məxsus yaşayış yerlərinin
türkcə adları ərəbləşdirilir, tarixi torpaqlarından - Kərkükdən,
Mosuldan və s. deportasiya edilirdilər. 2003-cü ildə İraqın ABŞ və
İngiltərə tərəfindən işğalından sonra bölgəyə kürdlər
yerləşdirildi və buranın etnik vəziyyəti süni şəkildə
dəyişdirildi. 2014-cü ildə bölgənin İŞİD (İraq Şam İslam Dövləti)
terror təşkilatının işğalları nəticəsində türkmənlər öz
torpaqlarını tərk etməyə məcbur qaldılar.
Müasir dövrdə İraq türkmənlərinin vəziyyəti ilə bağlı araşdırma
aparın.
bir xalqın başqa bir xalqın dilini, adətlərini və s. qəbul
etməsi nəticəsində onun içərisində əriyib getməsidir.
İŞİD terroru nəticəsində qaçqın düşmüş türkmənlər
Hindistan, Pakistan və ərəb ölkələrinin tarixinə aid mühüm
hadisələri müəyyən edin.