davam edən
ərəb-İsrail münaqişəsinin əsası qoyuldu. BMT-nin qərarı ilə
yaradılmalı olan Fələstin dövlətinin əraziləri İsrail tərəfindən
nəzarətə götürüldü. Yüz minlərlə fələstinli öz yaşayış yerini tərk
etməyə məcbur oldu. Onlar BMT-nin təşkil etdiyi qaçqın
düşərgələrində məskunlaşdırıldılar.
İkinci dünya müharibəsindən sonra Yaxın Şərqin siyasi
vəziyyətində hansı dəyişiklik baş verdi?
1967-ci ildə baş verən Altıgünlük müharibədə qalib gələn
İsrail yeni ərazilər ələ keçirdi. Ərəb ölkələrinin məğlubiyyətinin
səbəblərindən biri orduda korrupsiya və pis idarəetmə olmuşdu.
Altıgünlük müharibədən sonra Fələstin hərbi- siyasi qrupları
beynəlxalq terror hadisələrinə başladı. 1973-cü ildə ərəb
dövlətləri itirilmiş əraziləri geri qaytarmaq məqsədilə yenidən
müharibəyə başladı. Bu müharibə ərəb-İsrail münaqişəsinin
beynəlxalq miqyas alması ilə nəticələndi. SSRİ ərəb ölkələrinə,
ABŞ isə İsrailə yardım edirdi. Əsas neft ixracatçıları olan ərəb
dövlətləri neftin qiymətini dörd dəfə artırmağı qərara aldı. Bu,
dünyada ilk neft şokuna səbəb oldu. Neft artıq beynəlxalq
münasibətlərdə təsir vasitəsi kimi istifadə edilirdi. 1970-ci
illərin ikinci yarısında iqtisadi və sosial problemlər Misirin
İsraillə yaxınlaşmasına gətirib çıxardı. 1978-ci ildə
Kemp-Deviddə ABŞ-nin vasitəçiliyi ilə Misir-İsrail sazişi
bağlandı. Sazişə görə Misir İsraili müstəqil dövlət kimi tanıyır,
İsrail isə