planları baş tutmadı. Əksinə, blokada Fransanın özünə və ondan
asılı olan ölkələrə daha çox zərər verməyə başladı. Böhrandan
əziyyət çəkən Avropa ölkələri fransız mallarını da idxal etmirdi.
Çünki Fransada istehsal olunan mallar ingilis mallarına nisbətən
baha və daha az keyfiyyətli idi. Blokada nəticəsində Fransanın iri
liman şəhərlərinin fəaliyyəti pozulmuşdu. Ona görə də Fransa
blokada siyasətində geri addım atmağa məcbur qaldı və İngiltərə
ilə məhdud ticarətə icazə verdi. Buna səbəb həm də Fransadan asılı
ölkələrin İngiltərə ilə gizli ticarətə davam etmələri idi.
XVIII yüzilliyin sonu XIX yüzilliyin əvvəllərində Fransa Avropa
dövlətlərinə qarşı fasiləsiz müharibələr aparmışdı. Burada əsas
məqsəd yeni ərazilər işğal etməklə yanaşı, Avropa, Yaxın Şərq,
Afrika və Adriatik dənizində möhkəmlənməklə bütün dünyada aparıcı
rola malik olmaq idi. Avropa dövlətləri Fransanın məkrli
siyasətinə