a) “İranda sosial ədalətsizliyə, zülm və istismarı
meydana gətirən amillərə və inkişafın önünə keçib cəmiyyəti
ibtidai səviyyədə saxlamaq istəyən irticaya son qoyaraq köklü
bir düzənə ehtiyac vardır. Köhnənin yerinə yeni bir düzən
qoyarkən ...İran xalqının xarakterinə, ölkənin ərazisinə,
tarixinə və coğrafiyasına uyğun yol seçilməlidir. İki əsas
prinsip bizim üçün müqəddəs sayılmalı idi. Birincisi, mənəvi
prinsiplərimiz və dini inanclarımız, digəri isə şəxsi və ictimai
azadlığın qorunması idi”.
b)“Xalqım, şaha inanmayın. O sizin xilaskarınız
deyil. Sizi düşünmür, yalnız özünü və ona əmr edənləri düşünür.
Ölkəmizi satır və hamınızı aldadır. Şah getməlidir!”
Mənbədə tərəflərin mülahizələrini müqayisə edin.
İSLAM İNQİLABI
ABŞ-nin köməyi ilə şah ölkədə qərbləşdirmə siyasəti yürüdürdü.
1970-ci illərin əvvəllərində İran iqtisadi inkişaf dövrünü
yaşayırdı. Lakin şah ailəsi və dövlət məmurlarının korrupsiya ilə
məşğul olması, gəlirlərin ədalətsiz bölüşdürülməsi əhalinin böyük
hissəsinin yoxsullaşmasına səbəb oldu. Şah hökuməti demokratik
qüvvələrə, ziyalılara və din xadimlərinə qarşı təqib siyasətini
davam etdirirdi. Əhalinin sosial-iqtisadi vəziyyətinin pisləşməsi,
cəmiyyətdə islahatlara, qərbləşdirmə tədbirlərinə nifrəti
artırırdı. Bu, dini müxalifətin güclənməsinə səbəb oldu.
Şah rejiminin milli və sosial zülmünə daha çox məruz qalan Cənubi
Azərbaycanda narazılıq güclü idi. 1978-ci ilin əvvəllərində
ölkənin ən