1940-cı illərin sonlarında şah hökumətinin həyata keçirdiyi
siyasətin mahiyyətini təhlil edin.
İRANDA “AĞ İNQİLAB”
1960-cı illərin əvvəllərində iqtisadi böhranın dərinləşməsi
nəticəsində hökumət islahatlar keçirməyə məcbur oldu.
1960-cı illərin əvvəllərində şah hökumətinin islahatlar
keçirməyə məcbur olmasının səbəbləri nə idi?
Bu islahatlar güc tətbiq edilmədən həyata keçirildiyi üçün
“Ağ inqilab” adlandırıldı. İslahatlar sosial, iqtisadi və
mədəni sahələri əhatə edirdi. Əsasən, aqrar sahədə aparılan bu
islahatlar ilk olaraq 1962-ci ildə Cənubi Azərbaycanda həyata
keçirilməyə başlandı. Çünki burada sosial ziddiyyətlər daha dərin,
narazılıq daha güclü idi. Bu islahat kəndlilərin dövlətdən və iri
torpaq sahiblərindən torpaq sahələri satın almasına yardım etməli
idi.
AQRAR İSLAHATLARIN NƏTİCƏLƏRİ
Yarıfeodal torpaq mülkiyyətinə son qoyuldu.
Böyük torpaq sahibləri olan ruhanilərin narazılı-
ğına
səbəb oldu.
Kəndlilərin böyük bir hissəsi torpaq sahibinə çevrildi.
İslahatın yarımçıq keçirilməsi və kəndlilərə dövlət tərəfindən
maliyyə yardımının göstərilməmə-
si problemləri tamamilə
aradan qaldırmadı.
Məhkəmə islahatı nəticəsində bu sahədə də nəzarəti itirmələri
ruhanilərin şah hökumətinə qarşı nifrətini daha da artırdı.
Həmçinin dünyəvi orta və ali məktəblərin açılması ruhanilərin
nüfuzunu sarsıtmışdı. 1960–1970-ci illərdə reallaşdırılan
islahatlarda ölkənin sənayeləşdirilməsinə xüsusi əhəmiyyət
verilirdi.