ABŞ-nin və Cənubi Koreyanın müttəfiqi kimi fəal iştirak etdi.
Nəticədə 1952-ci ildə NATO-ya daxil oldu. Türkiyə ərazisində ABŞ
hərbi bazasının yaradılmasına icazə verildi.
İkinci dünya müharibəsindən sonra yaranmış beynəlxalq vəziyyət
Türkiyənin daxili siyasi vəziyyətinə necə təsir göstərdi?
1950-ci illərin ortalarından başlayan iqtisadi zəifləmə və böhran
daxili vəziyyəti gərginləşdirdi. Türkiyə iqtisadiyyatının əsasını
təşkil edən kənd təsərrüfatı məhsullarına xarici tələbatın
azalması ölkənin gəlirlərini aşağı saldı. İnflyasiya sabit gəlirli
əhalinin vəziyyətinə mənfi təsir göstərirdi. Ölkədə siyasi
gərginlik tədricən kəskinləşdi. 1960-cı ildə
hərbi çevriliş baş verdi və ordu hakimiyyəti ələ keçirdi.
Beləliklə, Türkiyə tarixində hərbi çevrilişlər dövrünün
başlanğıcı qoyuldu.
TÜRKİYƏ 1960-1980-ci İLLƏRDƏ
1961-ci ildə yeni Konstitusiya qəbul edildi. Onun önəmli cəhəti
hakimiyyət bölgüsü prinsipinin güclənməsi və icra hakimiyyətinin
səlahiyyətlərinin məhdudlaşdırılması idi.